Salam hörmətli oxuyucular. Mən Kərimli Ağabala. İlk öncə Almaniya arzusunda olanların hər birinə Almaniyada yaşamağı arzu edirəm.
Şirkətlərin burdakı hər hansı məlumatlardan istifadə etməsinə halallıq verilmir ))))))))))
AİLƏ BİRLƏŞMƏSİ
(bu hal yalnız ərin almaniyada ausbildung etdiyi halda həyat yoldaşının ausbildung yolu ilə gələrkən uşaqlarını gətirməsi halına aiddir və buna bənzər hallara.Bir çox sənədləşmə işləri eynidir)
Mən hazırda Berlində peşə təhsili alıram.(Ausbildung).İşlədiyim yerdən həyat yoldaşımada müqavilə aldıq. Uşaqların sənədlərini hazırladıq . Oktyabrın 16 sı təqdim etdik ,noyabrın sonu etriaz gəldi və dekabrın 16 sı yeniden sənədleri topladiq etiraz etdik . İndi isə prosesi mümkün qədər xırdalığı ilə sizə izah etməyə çalışacam. Çünki bu yolda məlumat çatışmazlığından çox əziyyət çəkdim .
1.İlk öncə Nigah haqqında şəhadətnamə,uşaqların Doğum haqqında şəhadətnamələrini 5 saylı ASAN xidmətdə andlı tərcümə etdirməlisiniz.(bizdə 2 uşaqdı). Bu proses 20 gün müddətdə həll olur.Rüsm təxminən 3 sənədə 170 manat idi. Sənədləri ər və arvaddan hər hansı biri təqdim edir. 20 gündən sonra sms gəlir sizə və sənədləri təqdim edənin şəxsiyyət vəsiqəsi ilə istənilən bir şəxs götürə bilər.
2. Sənədləri daha sonra Xarici işlər nazirliyində təsdiq etdirmək lazımdır. Bununçun valideynlerden biri senedleri ele 5 sayli Asan xidmətdə Xarici İşlər Nazirliyinə dəqdim edir. 3 sənədə 20 manata yaxın ödəniş etdik.Burda sənədlərin hazır olma müddəti 1 həftədir. 1 həftədən sonra sənədləri götürürsünüz .
3. Leqalizasiya mərhələsi. Sənədləri Konsulluğa təqdim etmək üçün konsolluğun rəsmi internet səhifəsindən görüş vaxtı götürürsünüz və hazır olan sənədləri aparırsınız təqdim edirsiniz. Bu zaman hər sənədə 56 manat odəniş edirsiniz . 1 həfdədən sonra ordan sənədləri götürürsünüz.
Termin(görüş) götürmək üçün daxil olun
4. Ailə birləşməsi üçün müraciət. Səfirliyin internet səhifəsindən görüş vaxtı təyin edirsiniz. Səfirliyin tələb etdiyi sənədləri toplayib səfirliyə təqdim edirsiniz.Proses 2-3 aya qədər sürə bilir.Təbiiki hər şey qaydasında olsa.Biz 16.10.2024 tarixində müraciət etdik.
Müraciət etdikdən ən azı 1-2 həfdə sonra bu elektron poçt adresinə (zzVIZABVA@bva.bund.de) məktub yazın sənədlərinizin harda olması barədə.Sizə 1-2 günə cavab gələcək.
Əgər cavab gəlsəki artıq Miqrasiya idarəsinə (Auslanderbehörde) göndərilib.O zaman internetde həmin ərazinin miqrasiya idarəsinin mail adresini tapib yazın
Hər iki halda məktub yazarkən uşaqların pasportunun nomrəsini, ad və soyadını,müraciət məktumunuzun nömrəsini qeyd edin ki sizə daha tez cavab versinlər
Əgər Berlinə gəlirsinizsə özünüzü yormayın. Miqrasiya idarəsinin rəsmi olaraq mail adresləri bağlanıb. Necə əlaqə qurmaq olar aşağıda izahı var
Termin(görüş) götürmək üçün daxil olun
QEYD: Ailə birləşməsinə SƏFİRLİK, Leqalizasiya prosesinə KONSOLLUQ baxır. Termin götürərkən nəzərə alın
Lazımı sənədlərin siyahısı
Səfirliyin siyahısında olmayan amma vacib olan , işinizi sürətləndirə biləcək bir neçə sənədlər var.
- Almaniyadakı qalacağın evin müqaviləsi
- Anmeldung sənədi (əgər ər və arvaddan biri almaniyadadırsa onların həmin evə qeydiyyat vərəqi)
- Block hesab
- Əgər varsa 3 aylıq maaş sənədi
Bizdə 1 ay 15 gündən sonra maliyyə çatışmazlığından etiraz gəldi. Halbuki bunu bir çox Almaniyadakı miqrasiya işçisi mail ilə yazıb sizdən istəyə bilər. O onun insafına qalmış. Maliyyə çatışmazlığı dedikdə hər uşağa görə aylıq 394 euro istəyirlər. Bunu şefiniz maaşınızı artıraraqda göstərə bilər,amma bir çox hallarda artirilmiş maaşı 3 ay almamısınızsa nəzərə alınmır. Block hesab qoyaraqda göstərə bilərsiniz.(Expatrio,Fintiba online banking).Block hesab əyalətlərə və uşaq sayına görə , sizin maaşınıza görə dəyişə bilər. Bizdə əvvəl 4800 euro istədilər. Daha sonra əlavə yene istedilər. Ortalama 1 uşaq üşün 6000 nəzərinizdə tutun. Amma Bəzən 1 uşaq olduqda, maaş və miniJob olduqda istənmiyə bilir block hesab.
Bəzi məmurlar blok hesabıda nəzərəm almır və deyir ki sponsor (qəyyum) tapın . Buda çətin məsələdir.
QEYD: Expatrioda açdıq hesabı . ABB bank ilə app-dən hesab açıb pulu köçürdük o hesaba , ordandanda Expatrioya göndərdilər . Ele həmin anda oturur Expatrio hesabınıza. ABB bankda görsəniz bu işi və işçilər bilməsə əgər Zərdab filialından deyin zəng edib öyrənsinlər. Bu funksiya yeni olduğu üçün normaldı bilməmələri
Bizdə isə sonda öyrəndik ki, işimizə birbaşa Səfir baxıb və bütün qərarları özü verib. Berlində iki dəfə Soyadı K hərifi ilə başlayan şəxslərin işinə baxan məmurlarda birini tapdım və yazdım iki dəfə. hər ikisində cavabı o oldu ki, sizin işinizə Azərbaycan səfirliyi qərar verib.
Deməli maliyyə çatışmazlığını həll etdik və 15.12.2024 tarixində etiraz etdik . Bir neçə şəxslərlə məsləhətləşdik və etirazı gözləmədik. 16.01.2025 ci il tarixində yenidən 150 manat viza rusumunu ödədik və tam sənədləri topladıq müraciət etdik. 1 həfdə keçdi cavab gəldiki çatımayan məbləğ var onu tamamlayın gəlin . Pasportlari və sığortalarıda gətirin.
Uşaqların sığortası 90 günlük tələb olunur adətən . Atəşgah sığortada 95 manat etdim. (bir uşaq üçün).
27.01.2025 ci il tarixində uşaqların Pasportunu ve sığortasını təqdim etdik səfirliyə , 2 saat sonra visani verdilər .
VACİB QEYD: Miqrasiya idarələrində, Məsələn K hərfi ilə başlayan soyadlara bir məmur baxır . Məmuru tapmaq üçün digər ailə birləşməsi edənlərdən məlumat toplamaq olar.(Berlin üçün belədir)
Bu proses ərzində məlumat yetərsizliyindən çox əziyyət çəkdim . Azərbaycanlı ailələr və Türk ailələrdən topladım məlumatları .Nə öz Ausbildung qəbulumda nədə bu məsələdə şirkətlərə müraciət etmədim. Çalışın araşdırın özünüz bacaracaqsınız. Bu yazıda hətta Azərbaycanda bir çox şirkətlərin bilmədiyi məsələləri bele açıqlamışam . İnşallah xeyrini görün .
Şirkətlərlə iş görən ailəliləri şirkətlər bir çox hallarda asan qəbul almaq üçün subay təqdim edirlər. Buna diqqət edin . Qəti razı olmayın. Sonra uşağınızı aparanda bu sizə problem olar bilər.Və bir çox hallarda da Şirkətlər məsləhət verirki gedin özünüz Almaniyaya, daha sonra uşağı aparın. Bele etməyin . Bu proses daha uzundur və həttə Auslanderbehördelərin bəziləri icazə vermir uşağı gətirməyə. Ona görədə özünüznən aparın.MÜTLƏQ. Bu proses daha az vaxt aparır. Burda əsasə məsələ odur ki Ausbildugunuzun başlama vaxti ilə qəbul vaxtınız arasinda kifayət qədədr vaxt olmalıdır və ya Şefiniz insan adam olub deyecek gözləyirik. Uşağınızın sənədini alın sora gəlin
Ausbildung qəbulu və Ailə birləşməsi ilə bağlı pul ilə heç kimə iş görmürəm . Xahiş edirəm bu kimi təklifləri yazmayın mənə. Elə fikirim olsa bu məlumatları açıq mənbə ilə yazmazdım . UĞURLAR BU YOLDA SİZƏ
Əlavə sualınız olsa,ana səhifədə Ausbildung whatsapp qrupu var.Orda yazın cavablandıracayıq
Yuxarıda yazdıqlarım hamısı faktlara əsaslanır. 90 faizini bu prosesin özüm keçmişəm . Qalanınıda keçən adamlardan öyrənmişəm
Xahiş edirəm səhifəni screen edib heç bir yerdə paylaşmayın.LİNK paylaşın yalnız .
Zürück
Analytics